İdman
PSJ-nin ulduzu "Real"a keçmək istəyir
PSJ-nin ulduz futbolçusu Vitinya karyerasını "Real"da davam etdirə bilər.
Publika.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Paris klubundakı durumundan razıdır, lakin "kral klubu"na olan marağı karyerasının zirvəsi kimi qiymətləndirir. O, rəsmi dəvət aldıqda klubunu dəyişməyi nəzərdən keçirməyə hazırdır.
Bildirilir ki, Madrid klubu Çempionlar Liqası və La Liqada mükafatlar uğrunda mübarizə aparmaq üçün heyəti gücləndirməyi planlaşdırır. Bu konsepsiyaya əsasən "Real" müdafiənin mərkəzini iki oyunçu və orta xətt üçün bir oyunçu ilə möhkəmlətməyi nəzərdə tutur. Yarımmüdafiənin gücləndirilməsi üçün əsas namizəd məhz Vitinya hesab olunur.
Portuqaliya millisinin üzvü 2022-ci ilin yay transfer pəncərəsində "Porto"dan PSJ-yə keçib. Bu müddətdə müxtəlif turnirlərdə 183 matçda iştirak edib, 25 qol vurub və 24 məhsuldar ötürmə edib. Klubla müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. "Transfermarkt" portalına görə, Vitinyanın bazar qiyməti 110 milyon avrodur.
Heybət
-
Sosial16:47Pensiya artımları belə hesablanacaq
-
Maraq dünyası15:41Kişilər bu xanımdan qorxur: Boyu 2 metrə çatır - FOTOLAR
-
Rəsmi xronika15:38İlham Əliyev onu nazir təyin etdi - SƏRƏNCAM/FOTO
-
İdman15:05Fatinin qardaşı cinsi təcavüzdə ittiham olunur: Yamalın evində...
-
İdman14:28Şamaxıda stadionu qardan Qurban Qurbanov özü təmizləyir - VİDEO
-
Rəsmi xronika14:20İlham Əliyev sərəncam imzaladı
-
İdman13:06“Qarabağ” Nərimanın satışından bu qədər qazanacaq: Rekord məbləğ
-
Ekologiya13:04Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ






















.jpg)









