İdman
Yamalın atası Barselonada aləmi bir-birinə qatdı - VİDEO
“Barselona” futbolçusu Lamin Yamalın atası Munir Nasraui yenidən sosial şəbəkələrin diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, o, bu dəfə idmanla bağlı olmayan səbəbdən gündəmə gəlib.
Təxminən bir ildir Barselonanın prestijli Pedralbes rayonunda yaşayan Munir canlı yayım açaraq ictimai bulaqlarda suyun olmamasından şikayətlənib. O, parkların vəziyyətini emosional şəkildə göstərib və bunu əvvəl yaşadıqları kasıb Rokafonda rayonu ilə müqayisə edib. Nasrauinin sözlərinə görə, orada bu cür problemlər yoxdur.
Video Nasrauinin açıq və birbaşa üslubuna, eləcə də yerli sakinlərlə katalon dilində ünsiyyətinə görə qısa müddətdə viral olub. Yamalın atasını xüsusilə narahat edən məqam isə su çatışmazlığından ev heyvanlarının əziyyət çəkməsidir.
Munir Nasraui sosial şəbəkələrdə mütəmadi olaraq canlı yayımlar açır, gündəlik həyatından görüntülər paylaşır və oğlunun uğurları ilə qürur duyduğunu gizlətmir.
Heybət
View this post on Instagram
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
Hadisə08:30Xəzərdə zəlzələ oldu
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var










































