İdman
Yaponiya çempionatından inqilabi qərar: Heç-heçə ləğv olundu
Yaponiya J-Liqası 2026-cı ildə keçiriləcək 100-cü mövsüm münasibətilə əhəmiyyətli yeniliyə imza atıb.
Publika.az xəbər verir ki, çempionatda heç-heçə nəticələri müvəqqəti olaraq ləğv edib.
Yeni qaydaya əsasən, 90 dəqiqəlik əsas vaxtdan sonra hesab bərabər olarsa, qalib penaltilər seriyasında müəyyənləşəcək. Penaltilərdə qalib gələn komanda iki xal qazanacaq, məğlub tərəf isə bir xalla kifayətlənəcək. Əsas vaxtda qələbə qaydası dəyişməz qalır. Qalibə 3 xal verilir, məğlub olan isə xal qazanmır.
Liqanın təşkilatçıları bildiriblər ki, belə qərarın verilməsində məqsəd oyunların həyəcan səviyyəsini artırmaq və heç-heçələrin sayını azaltmaqdır. Qaydanın rəsmi olaraq müvəqqəti olduğu vurğulansa da, uğurlu olacağı təqdirdə gələcəkdə yenidən nəzərdən keçirilə biləcəyi istisna edilmir.
Bu qayda yalnız 2026-cı ilin keçid mövsümünə şamil olunur və fevraldan iyun ayına qədər qüvvədə olacaq.
Yaponiya çempionatı təqvimini Avropa mövsümünə uyğunlaşdırır, yeni sistemə əsasən mövsüm avqust və ya sentyabrda başlayacaq.
Heybət
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi










.jpg)
















.jpg)



.jpg)






