İdman
İdmançımız MMA üzrə ardıcıl üçüncü qələbəsini qazandı
Batumidə keçirilən GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turnirində Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev braziliyalı Jaime Souza ilə qarşılaşıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, üç raund davam edən, son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub.
Bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub. İdmançı "Report"a açıqlamasında gələcək planları və qələbəsinin mənəvi əhəmiyyəti barədə danışıb.
Alim Nəbiyev bildirib ki, hazırda ona müxtəlif döyüş təşkilatlarından təkliflər daxil olur. Bununla belə, əsas məqsədinin dünyanın ən nüfuzlu döyüş liqası olan UFC-də çıxış etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün daha çox işləmək və beynəlxalq arenada ardıcıl uğurlar qazanmaq niyyətindədir.
Azərbaycanlı idmançı Batumidə əldə etdiyi qələbəni Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluğa həsr etdiyini deyib. O, döyüş boyu tribunalardan hiss etdiyi dəstəyin ona əlavə motivasiya verdiyini xüsusi qeyd edib. Alim Nəbiyev onu dəstəkləmək üçün Azərbaycandan Batumiyə gələn tanınmış idmançılara və məşqçilərə, Azərbaycanın Gürcüstandakı səfirliyi və konsulluğunun nümayəndələrinə, eləcə də yerli icma təmsilçilərinə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu olan Alim Nəbiyev beynəlxalq arenada həm Azərbaycanı, həm də Gürcüstanı uğurla təmsil edir və son qələbəsi onun peşəkar karyerasında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir






































