İdman
“Bayern” də “Qalatasaray”ın ulduzuna göz dikdi
“Bayern” “Qalatasaray”ın hücumçusu Viktor Osimhenlə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə məlumatı “Bayern”in insayderlərindən biri olan Ekrem Konur “Facebook” səhifəsində paylaşıb.
Mənbənin məlumatına görə, nigeriyalı hücumçu Münhen klubu tərəfindən hücum xəttini gücləndirmək üçün namizəd kimi nəzərdən keçirilir. “Bayern” rəhbərliyi onun transfer ehtimalını qiymətləndirir və vəziyyəti izləyir.
Qeyd olunur ki, digər Avropa klubları da Osimhenlə maraqlanır, ona görə də oyunçu uğrunda mübarizə növbəti transfer pəncərəsində başlaya bilər.
Hücumçu bu mövsüm klubun heyətində bütün yarışlarda 22 oyunda 15 qol vurub və 9 məhsuldar ötürmə edib. “Transfermarkt” 27 yaşlı futbolçunu 75 milyon avro dəyərində qiymətləndirir.
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək


































