İdman
Kloppun agenti açıqladı: Bu klublardan təklif alıb
“Liverpul”un sabiq baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositske almaniyalı mütəxəssisin aldığı təkliflərdən danışıb.
Publika.az xəbər verir ki, o, “Mançester Yunayted” və “Çelsi”nin müştərisinə müraciət etdiyini bildirib:
“Hazırda onun yenidən məşqçiliyə qayıdacağını təsəvvür etmirəm, çünki yeni rolundan çox razıdır.
Bəlkə nə vaxtsa yenidən paltardəyişmə otağının atmosferini hiss etmək istədiyini deyəcək. Amma indi o, öz vəzifəsindən çox məmnundur. “Red Bull”a qoşulmazdan əvvəl Yurgen ABŞ və ya İngiltərə millilərinin baş məşqçisi ola bilərdi. Hətta Almaniya yığması da mümkün idi, əgər orada Yulian Naqelsmann olmasaydı.
Hətta ‘Çelsi’ və ‘Mançester Yunayted’ də müraciət etmişdi, baxmayaraq ki, Yurgen İngiltərədə başqa bir klubu çalışdırmayacağını açıq şəkildə bildirib. Bu müraciətlər isə dayanmayıb”.
Klopp 2024-cü ilin mayında 9 mövsüm çalışdığı “Liverpul”dan ayrılıb. O, “Red Bull” konsernində futbol əməliyyatlarının rəhbəri vəzifəsinə təyin olunub.
Heybət
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video

































