Messi effekti: “İnter Mayami”nin dəyəri görün nə qədər oldu
Bizi izləyin

İdman

Messi effekti: “İnter Mayami”nin dəyəri görün nə qədər oldu

Lionel Messinin “İnter Mayami”yə transferi ABŞ futbolunu dəyişdirməyə davam edir.

Publika.az “Forbes”ə istinadən xəbər verir ki, argentinalı ulduzun 2023-cü ilin yayında kluba qoşulmasından sonra Florida təmsilçisinin maliyyə göstəriciləri kəskin şəkildə artıb.

Əgər 2022-ci ildə klubun gəliri liqa standartlarına görə cəmi 56 milyon dollar idisə, ötən mövsümün yekununda bu rəqəm 200 milyon dollara çatıb. Ekspertlər bu təsirli artımı məhz argentinalı superulduzun transferi ilə əlaqələndirirlər. Onun gəlişi azarkeşlər, sponsorlar və televiziya yayımçıları arasında böyük maraq yaradıb.

Rekord gəlir klubun ümumi dəyərinin də sürətlə artmasına səbəb olub. “Forbes” analitikləri hazırda “İnter Mayami”nin bazar dəyərini 1,35 milyard dollar olaraq qiymətləndirir.

Bunun nəticəsi kimi Florida təmsilçisi tarixində ilk dəfə MLS-in ən bahalı klubları siyahısında birinci yerə yüksəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm