İdman
Olimpiadada hamıya hədiyyə veriblər, onlardan başqa
İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında neytral idmançı kimi iştirak edən rusiyalı idmançılar təşkilatçılardan ənənəvi mobil telefon hədiyyəsi almayıblar.
Publika.az xəbər verir ki, TASS-ın məlumatına görə, Olimpiya Kəndində qeydiyyatdan keçərkən idmançılara adətən əvvəlcədən quraşdırılmış oyun tətbiqləri, xəritələr, cədvəllər və digər faydalı funksiyaları olan unikal dizaynlı smartfonlar verilir.
İdmançıların ləvazimatları Cənubi Koreya şirkəti və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sponsoru olan “Samsung” tərəfindən təmin edilir.
Şirkətin veb saytında Olimpiya və Paralimpiya Oyunlarında iştirak edən təxminən 3800 iştirakçının üzərində Olimpiya qravürləri olan telefonlar alacağı vurğulanır.
“Bormio Olimpiya Kəndində ilk gün. Neytral idmançılar üçün avadanlıqları açırlar. Hamı “Samsung” telefonları alır, amma biz yox. Bizə yalnız şampun və diş məcunu verdilər”, – dağ xizəyi idmançısı Nikita Filippov Telegram kanalında yazıb.
2024-cü il Yay Olimpiya Oyunları zamanı rusiyalı idmançılar da təşkilatçılardan telefon almamışdılar.
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək


































