Eddi Haudan “Qarabağ” etirafı: “Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”
Bizi izləyin

İdman

Eddi Haudan “Qarabağ” etirafı: “Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”

“Nyukasl” “Qarabağ”a qarşı oyunda hesab 2:0 olarkən Ağdam təmsilçisinin müdafiə xəttini keçməkdə çətinlik çəkib.

Publika.az xəbər verir ki, bu sözləri “Nyukasl”ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

“1/8 finala yüksəlmək bizim üçün tarixi uğurdur. Bu axşam ideal oyun sərgilədiyimizi deməzdim. Görünür, əsas çətinliyimiz görüşün əvvəlində hesabı 2:0 etməyimizdən sonra yarandı. Daha çox qol vurmaq üçün lazımi istəyi və aqressiyanı göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesab 2:0 olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik”.

O, qitənin ən nüfuzlu klub turnirində böyük təcrübələr qazandıqlarını bildirib:

“Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. Hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəlmişdi.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm