İdman
Qurban Qurbanov: “Futbolçularım sona kimi oyundan qorxmadılar”
“Hər oyun bizim üçün böyük təcrübə oldu. Böyük klublara, fərqli oyun sistemində oynayan komandalara qarşı çıxış etdik. İngilis komandalarına qarşı oynamaq böyük təcrübə idi”.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis turnirdəki çıxışına görə komandasına təşəkkürünü bildirib
“Komandama təşəkkür edirəm, çox uzun və maraqlı mövsüm keçirdilər. Hər birindən oyuna, göstərdikləri performansa görə çox razıyam. Bu gün də son oyunumuzda maksimum yaxşı tərəfdən özlərini göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra komandanı psixoloji hazırlamaq çətin idi, sona kimi oyundan qorxmadılar”.
Qurban Qurbanov “Nyukasl” azarkeşlərinin oyun boyu onlara dəstək olduğunu da vurğulayıb:
“Nyukasl” azarkeşlərinə təşəkkür edirəm. Bəzən bizi də alqışlayırdılar, vurduğumuz qola əl çalırdılar. Hətta Bakıya gələn azarkeşlər də çox razı qalmışdılar. Ümumiyyətlə, Bakından pozitiv notlarla qayıtmışdılar”.
Baş məşqçi gələcək barədə də fikirlərini bölüşüb:
“Futbolçular həm fiziki, həm də psixoloji cəhətdən çox yükləndilər. Qarşıdakı aylarda və illərdə daha nələr edə biləcəyimizi düzgün düşünməliyik. İstərdim ki, gələcəkdə daha yaxşı oyunlar keçirək və mümkün qədər özümüzü daha yaxşı tərəfdən göstərək”.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilə ilk oyunda “Nyukasl” 6:1 hesabı ilə qalib gəlib.
Heybət
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































