Nida Xəbər
AMEA-nın Qarabağ elmi bölməsi yaradılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qarabağ elmi bölməsi yaradılacaq.
Publika.az xəbər verir ki, bunu AMEA-nın ümumi yığıncağında Akademiyanın Rəyasət Heyətinin qərarını oxuyan akademik Arif Həşimov bildirib.
Qərara əsasən, humanitar və ictimai elmlər sahəsində milli tariximizin, arxiv sənədlərinin, xəritə və toponimlərin elmi əsaslarla araşdırılması, nəticələrin nüfuzlu nəşrlərdə və beynəlxalq platformalarda yayılması, “Qərbi Azərbaycan” və “Qarabağ”, "Şərqi Zəngəzur" mövzuları üzrə sistemli nəşr və təqdimatların hazırlanması davam etdiriləcək.
Eyni zamanda qərarda qeyd olunub ki, İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışından irəli gələn milli tarix və Azərbaycan dili, texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik, müdafiə sənayesi, geoloji kəşfiyyat, milli tarix və Azərbaycan dili ilə bağlı prioritetlər üzrə AMEA-nın tədbirlər planının icrası və icraya nəzarət təmin ediləcək.
Həmçinin elmin nəticəyönümlü idarə olunması məqsədilə prioritet istiqamətlər üzrə məqsədli elmi proqramların formalaşdırılması, maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması üzrə tədbirlər gücləndiriləcək.
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"







































