İngilislərin hegemonluğu: ÇL-də 1/8 finalçılar müəyyənləşdi
Bizi izləyin

İdman

İngilislərin hegemonluğu: ÇL-də 1/8 finalçılar müəyyənləşdi

Ötən gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son cavab oyunları keçirilib və bununla da 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

Publika.az xəbər verir ki, bu raundda ən çox təmsilçisi olan ölkə İngiltərə olub - 6 klub. Bunlar "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi", "Mançester Siti" və "Nyukasl"dır.

İkinci yerdə 3 klubla İspaniya qərarlaşıb - "Barselona", "Atletiko" və "Real". Almaniyanı iki klub təmsil edəcək: "Bayern" və "Bayer Leverkuzen".

Digər ölkələr isə hərəsi bir klubla təmsil olunacaq. İtaliyadan "Atalanta", Fransadan PSJ, Portuqaliyadan "Sportinq", Türkiyədən "Qalatasaray" və Norveçdən "Budo-Qlimt".

Püşkatma mərasimi fevralın 27-də keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm