Mourinyo "Real"la oyunu görün haradan izləyib - Foto
Bizi izləyin

İdman

Mourinyo "Real"la oyunu görün haradan izləyib - Foto

"Benfika"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Real"la cavab oyununu komandanın avtobusundan izləyib.

Publika.az xəbər verir ki, buna səbəb Lissabon klubunun portuqaliyalı çalışdırıcısının diskvalifikasiya səbəbindən texniki zonada yer ala bilməməsi olub. O, komandalar arasında ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşüb.

"El Chiringuito TV"-nin məlumatına görə, Mourinyo oyunu "Santyaqo Bernabeu" stadionunun parkinqində dayanan "Benfika" klub avtobusunda "iPad" vasitəsilə izləyib.

Qeyd edək ki, görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da qalib gələn (1:0) Madrd klubu 1/8 finala vəsiqə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm