Sosial
Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda məskunlaşan Xocalı sakinləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayının 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşunun tam bərpa olunduğu, Xocalı qurbanlarının qisasının alındığı və onların qanının yerdə qalmadığı vurğulanıb.
Qeyd olunub ki, dövlətimiz şəhid ailələrinə, müharibə iştirakçılarına və Xocalı sakinlərinə daim diqqət və qayğı ilə yanaşır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər davam etdirilir.
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz



























.png)














