İdman
Ronaldo necə milyarder oldu? - Alt paltarından otellərə qədər olan biznes imperiyası - Fotolar
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo biznes imperiyasını aktiv şəkildə genişləndirməyə davam edir.
Publika.az xəbər verir ki, portuqaliyalı superulduz karyerası ərzində qazandığı vəsaiti onlarla layihəyə yatıraraq futbol tarixinin ilk milyarder futbolçularından biri statusunu möhkəmləndirib. O, bu yaxınlarda İspaniya təmsilçisi "Almeriya"nın səhmlərinin 25 faizini "CR7 Sports Investments" şirkəti vasitəsilə alaraq klubun ortaq sahibi olub.

Futboldan kənarda Ronaldonun geniş aktiv portfeli var. O, "Pestana CR7" otellər şəbəkəsinin sahibidir. Bu otellər Madeyra, Lissabon, Madrid, Nyu-York və Marrakeşdə fəaliyyət göstərir və gələcəkdə Böyük Britaniya bazarına çıxış planlaşdırılır.
Sağlamlıq və fitnes sektorunda Ronaldo "CR7 Crunch Fitness" idman zalları, "Insparya" saç müalicəsi klinikaları, "Ursu9" su brendi və fərdi vitamin həlləri təqdim edən "Bioniq" şirkətinə investisiya edib. O, həmçinin "AvaCR7" brendi altında bərpa və reabilitasiya avadanlıqları istehsal edir.

Ronaldo digər idman növlərinə də sərmayə qoyub. O, Lissabonda padel klubu açıb və WOW FC MMA promouşeninin səhmdarlarından biridir.
Onun CR7 moda brendi geyim, alt paltarı və parfüm istehsal edir. 2025-ci ildə Ronaldo rejissor Mattyu Von ilə birlikdə UR-Marv kinostudiyasını yaradıb və Portuqaliyanın "Confina Media" şirkətinə investisiya qoyub.

Texnologiya sektorunda isə o, "Erakulis" fitnes tətbiqini inkişaf etdirir, həmçinin "Perplexity AI", "Whoop" və UFL futbol oyununa sərmayə yatırıb.
Lüks investisiyalarına "Vista Alegre" (farfor və kristal istehsalçısı) və "Chrono24" saat marketinin də pay daxildir.

Daşınmaz əmlak da onun biznes imperiyasının mühüm hissəsidir. Ronaldo dünyanın müxtəlif yerlərində, o cümlədən şəxsi adada və Qırmızı dənizdə yerləşən eksklüziv Nujuma kurortunda villalara sahibdir. O, bu məkanı "cənnətə yaxın" kimi təsvir edib.
Onun eyni zamanda dəyəri yüz milyon civarında olan avtomobil kolleksiyası da var.
Heybət






-
Dünya19:50Britaniya diplomatlarını İrandan təxliyə etdi
-
Hadisə19:45Şamaxıda üçüncü dəfə zəlzələ oldu
-
Sosial19:10FHN bu oteldə nöqsanlar aşkarladı - Video
-
Hadisə18:40"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı faciəvi şəkildə öldü - Foto
-
İKT18:10Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq ediləcək
-
Rəsmi xronika17:11Prezident sərəncam imzaladı
-
Hadisə16:18Azərbaycanda ard-arda zəlzələ oldu - Yeniləndi
-
Rəsmi xronika13:43İlham Əliyev fərman imzaladı































.jpg)




