İdman
Nəriman MLS-də debüt etdi, komandası uduzdu - Yeniləndi
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.
Publika.az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun "Toronto" ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.
Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
xxx
23:36
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edə bilər.
Publika.az xəbər verir ki, 21 yaşlı futbolçunun adı müntəzəm mövsümün V turunun "Toronto" ilə oyununun iştirak ərizəsinə salınıb. Gənc forvard baş məşqçisi şans verəcəyi təqdirdə, matçın gedişində meydana daxil ola bilər.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT26 May 21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik


































