İdman
“Bavariya” “Union Berlin”i darmadağın etdi
“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “Union Berlin” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi böyük hesabla qələbə qazanıb – 4:0. Ev sahiblərinin heyətində Maykl Olise (43), Serge Qnabri (45+1, 67) və Harri Keyn (49) fərləniblər. Bu qələbə sayəsində “Bavariya” xallarını 70-ə çatdıraraq liderliyi davam etdirir.
Paralel keçən digər qarşılaşmaların ikisində çoxqollu heç-heçə qeydə alınıb. “Köln” – “Borussiya Mönxenqladbax” və “Haydenhaym” – “Bayer Leverkuzen” görüşləri 3:3 hesabı ilə başa çatıb. “Volfsburq” – “Verder Bremen” oyununda isə qonaqlar minimal hesabla qalib gəliblər – 0:1.
Günə hazırda davam edən “Borussiya Dortmund” – “Hamburq” oyunu ilə yekun vurulacaq.
Xatırladaq ki, turun açılış matçında “Leyptsiq” öz meydanında “Hoffenhaym”ı darmadağın edib – 5:0.
Bundesliqanın 27-ci turuna bazar günü oynanılacaq “Maynts - “Aytraxt Frankfurt”, “St Pauli” – “Frayburq” və “Auqsburq” – “Ştuttqart” görüşləri ilə yekun vurulacaq.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT26 May 21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik


































