İdman
Messidən aldığı forma haqda elə sözlər dedi ki...
“Aston Villa”nın yarımmüdafiəçisi Amadou Onana Lionel Messi ilə formalarını dəyişməsi barədə danışıb.
Publika.az xəbər verir ki, belçikalı futbolçu 2021/22 mövsümündə “Lill”də oynayıb, o vaxt Messi PSJ -də oynayırdı.
“Ona qarşı oynayacağımı bilirdim. Fransaya yeni gəlmişdim, 19 və ya 20 yaşım var idi… Və mən həmişə bu centlmenin çox, çox, çox böyük fanatı olmuşam.
Belçikalı bir dostum var, amma valideynləri ispandır. Buna görə də o, ispan dilində danışır. Oyundan üç həftə əvvəl ondan soruşdum: “Messiyə hansı ifadəni deməli olduğumu öyrət. Bunu ispan dilində demək istəyirdim, istəyirdim ki, bu ifadəni ürəkdən gəlirmiş kimi hiss etsin.
O, formasını Eyncel Qomesə verdi. Amma öz-özümə düşündüm ki, gedib ondan ilk hissədə geyindiyi formanı istəməliyəm. Tuneldə ona rast gəldim və dedim: “Leo, Podemos cambiar la camiseta por favor?” (“Leo, xahiş edirəm formalarımızı dəyişə bilərikmi?”). Bu, təbii olaraq baş verdi, amma o, mənim üç həftədir bunun üzərində işlədiyimi bilmirdi (gülür).
Yumadığım yeganə forma budur. Ləkələr hələ də yerindədir. Amma o, heç tərləməmişdi. Formadan qoxu da gəlmir. Yeganə peşmançılığım “Everton”da “Yunayted”ə qarşı oynadığım zaman Ronaldonun formasını götürməməyimdir”, – Onana “Just Riadh” YouTube kanalında bildirib.
-
Sağlamlıq10:16Dərmansız 2 həftəyə yuxu rejimini necə yaxşılaşdırmaq olar? - Həkimdən məsləhətlər
-
İKT09:44Mask: "Elektrik enerjisi tutumunun artırılması getdikcə bahalaşacaq"
-
Yaxın Şərq09:33İran müharibədə neçə PUA zərərsizləşdirib?
-
İqtisadi gündəm09:22Bu yanacağın qiyməti bahalaşdı
-
Magazin109:00“Mənim kimi qadını təəccübləndirmək hər kişiyə nəsib olmur”
-
Sağlamlıq08:00İmmuniteti necə gücləndirmək olar? - Həkim izah etdi
-
Ekologiya07:17Bu gün hava necə olacaq? - Proqnoz
-
Magazin106:16Aynişan ad gününü qeyd etdi - Video




















.jpg)






.jpg)





.jpg)
