İdman
Azərbaycan çempionatında 110-cu böyükhesablı qələbə qeydə alındı
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.
Publika.az xəbər verir ki, XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib.
Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib.
Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.
Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.
“Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl – 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb – 8:1.
Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.
-
Qarabağ 17:50İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Fotolar
-
Yaxın Şərq17:15Bu ölkədə bir aya yaxındır ki, internet yoxdur
-
Ekologiya16:55Azərbaycanın bu bölgələrində sel təhlükəsi yarandı - Video
-
Nəqliyyat16:15Moskvadan Bakıya uçan təyyarə niyə geri qayıdıb?
-
Region15:55İstanbulda dağıntılar altından 8 nəfər xilas edildi - Yenilənib
-
Sağlamlıq15:35Pis yuxu vərdişləri artıq çəki yaradırmış - Araşdırma
-
Magazin212:46Castin Biberin model həyat yoldaşı elə foto paylaşdı ki... - Foto
-
Maraq dünyası12:06Trampın qızından maraqlı paylaşım: Ailəmizə xoş gəldin, Aspen! - Foto

























.jpg)





.jpg)





.jpg)
