İdman
La Liqada istefa
“Sevilya” Matias Almeydanın baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, 52 yaşlı argentinalı mütəxəssis və onun köməkçiləri istefaya göndərilib. Almeyda ötən yaydan komandaya rəhbərlik edib və bu müddət ərzində “Sevilya” 32 oyun keçirib, 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 dəfə məğlub olub. Qol fərqi 43:52-dir.
Klub hazırda La Liqanın turnir cədvəlində 31 xalla 15-ci yerdədir və düşmə zonasından üç xal yuxarıdadır. Komanda son iki oyununda “Barselona”ya (2-5) və “Valensiya”ya (0-2) məğlub olub.
-
Magazin123:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir




































