İdman
“Uembli” “yox” dedi, İngiltərə Superkuboku bu ölkədə keçiriləcək
2026-cı ildə İngiltərə Super Kuboku matçı avqustun 16-da Uelsin paytaxtı Kardiffdə keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Oyun “Prinsipaliti” stadionunda və ənənəvi olaraq İngiltərə Premyer Liqası mövsümünün başlamasından əvvəl keçiriləcək.
İngiltərə Superkuboku 2001-ci ildən 2006-cı ilə qədər Kardiffdə keçirilib. O vaxtdan bəri, 2012 (Birmingem) və 2022 (Lester) istisna olmaqla, kubok oyunu Londondakı “Uembli” stadionunda oynanılıb.
Qeyd olunur ki, 15 və 16 avqustda keçiriləcək konsertlər səbəbindən “Uembli” Super Kubok matçına ev sahibliyi edə bilməyəcək.
Superkubok Premyer Liqa çempionu ilə FA Kubokunun qalibi arasında keçirilir. Əgər klub hər iki kuboku qazanarsa, qalib liqada ikinci yeri tutan komanda ilə qarşılaşır.
Hazırkı FA Super Kubokunun sahibi “Kristal Palas”dır.
-
Magazin123:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir




































