İdman
“Barsa”da hər şeyə Messi qərar verirmiş? - Sabiq prezident sirri açdı
“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu klubun əfsanəsi Lionel Messinin klubdakı əsas qərarlarda iştirak etmədiyini bildirib.
Publika.az xəbər verir ki, AS Bartomeunun sözlərini sitat gətirib:
“Hər kəs Leonun “Barselona”da olduğu dövrdəki təsirindən danışır. Amma Messi oyunçu transferləri və ya məşqçilik təyinatları ilə bağlı qərarlar vermirdi, onun heç bir imtiyazı yox idi. İdman sahəsindən kənarda heç bir məsələdə söz sahibi olmayıb.
2020-ci ilin avqust ayında Messi getmək istəyəndə mən ona “yox” dedim, çünki o, bizim ən vacib aktivimiz və əsas gəlir mənbələrimizdən biri idi. Onu buraxa bilməzdim, üstəlik, onun qüvvədə olan müqaviləsi var idi. Düşünürəm ki, bunu başa düşürdü və buna görə də qaldı.
O, klub rəhbərliyinin bir neçə ay ərzində dəyişəcəyini və müqaviləsini yeniləyəcəyini gözləyirdi. Müqavilənin uzadılması vaxtı gələndə onunla yolları ayıranda təəccübləndi”.
-
Magazin123:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir




































