İdman
Ulduz futbolçu ilə bağlı qalmaqal: Oyun zamanı telefonla… - VİDEO
“Korintians” və “Flamenqo” (1:1) komandaları arasında keçirilən matçda Memfis Depay ilə bağlı qeyri-adi bir epizod baş verib.
Publika.az xəbər verir ki, hücumçu ehtiyat oyunçular skamyasında əlində telefonla görünüb və bu, məşqçilər heyətinin diqqətini dərhal cəlb edib. Köməkçilərdən biri oyunçuya yaxınlaşaraq cihazı kənara qoymasını istəyib.
Bu epizod tez bir zamanda sosial mediada yayılıb və azarkeşlər arasında müzakirə dalğasına səbəb olub. Depay daha sonra açıqlamasında vəziyyəti izah edib.
O, telefondan əyləncə üçün deyil, Niderlanddakı tibb işçiləri ilə əlaqə saxlamaq üçün istifadə etdiyini bildirib.
Futbolçu hazırda zədəsini sağaldır və meydanda komandasına kömək edə bilmir, lakin oyun zamanı komanda yoldaşlarına yaxın olmaq və onları dəstəkləmək qərarına gəlib.
Memphis Depay was on his phone on the bench during the Corinthians vs Flamengo match — until an assistant from the technical staff walked over and told him to put it away.
— Topskills Sports UK (@topskillsportuk) March 23, 2026
Unbelievable. pic.twitter.com/L280lql3Qe
-
Elm və təhsil21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO
-
İKT21:20“WhatsApp” daha ağıllı olacaq - Möhtəşəm yenilik
-
Hadisə20:20Aşığın maşını yanıb külə döndü - VİDEO
-
Səhiyyə20:00TƏBİB gücləndirilmiş iş rejimində keçir
-
Elm və təhsil19:4017 mayda keçirilən imtahanların nəticələri elan edildi
-
Rəsmi xronika16:50İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO






































