İdman
İngiltərə nəhəngində qəribə seçim: Görün kimi baş məşqçi təyin edirlər
"Tottenhem" komandasında baş məşqçi postu ilə bağlı gözlənilməz variant gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumatına yayıb.
London klubu müdafiəçi Ben Devisi müvəqqəti baş məşqçi kimi təyin etməyi nəzərdən keçirir.
32 yaşlı uelsli futbolçu komandada ən hörmət edilən oyunçulardan biri hesab olunur və hazırda məşqçi lisenziyası almaq üçün təhsil alır. O, topuq zədəsi səbəbindən yanvar ayından bəri meydandan kənarda qalıb. Cari mövsümdə Ben Devis bütün turnirlərdə 5 oyunda iştirak edib və 1 qol vurub.
Qeyd edək ki, martın 29-da "Tottenhem" baş məşqçi İqor Tudor ilə müqaviləyə xitam verib. Xorvatiyalı mütəxəssis fevralda komandaya rəhbərlik etməyə başlasa da, onun dövründə “mahmızlar” bütün turnirlərdə keçirdiyi 7 oyunun 5-də məğlub olub.
Hazırda "Tottenhem" Premyer Liqanin 31 turundan sonra 30 xalla 17-ci pillədə qərarlaşıb. Komanda cəmi 1 xal fərqlə təhlükəli zonada - 18-ci yerdə olan "Vest Hem"i qabaqlayır və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir.
Heybət
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































