İdman
“Sabah”ın futbolçusu DÇ-2026 üçün heyətdə
Özbəkistan Futbol Assosiasiyası 2026-cı il dünya çempionatında iştirak edəcək 30 oyunçudan ibarət geniş siyahını açıqlayıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin baş məşqçisi Fabio Kannavaro genişləndirilmiş siyahıya “Sabah”ın futbolçusu Umarali Roxmanaliyevi də daxil edib. İyunun 1-dək 4 oyunçu bu siyahıdan çıxarılacaq:
Qapıçılar: Utkir Yusupov (“Navbahor”), Botirali Erqaşev (“Neftçi”, Fərqanə), Abduvahid Nematov (“Nasaf”);
Müdafiəçilər: Avazbek Ulmasəliyev (OKMK), Cahongir Urozov (“Dinamo”, Səmərqənd), Rustam Aşurmatov (“İstiqlol”), Umar Eşmurodov (“Nasaf”), Abdukodir Xusanov (“Mançester Siti”), Abdulla Abdullayev (“Dibba”), Farrux Sayfiyev (“Neftçi”, Fərqanə), Xocakbar Aliconov (“Paxtakor”), Şerzod Nasrullayev (“Paxtakor”), Bəhruz Kərimov (“Surxon”);
Yarımmüdafiəçilər: Şerzod Esanov (“Buxara”), Odil Hamrobekov (“Traktor”, Təbriz), Akmal Mozqovoy (“Paxtakor”), Otabek Şükurov (“Baniyas”), Camşid İskəndərov (“Neftçi”, Fərqanə), Yasur Caloliddinov (“Soqdiana”), Aziz Qəniyev (“Əl-Bataye”), Umarali Roxmanaliyev (“Sabah”, Azərbaycan);
Hücumçular: Abbas Fayzullayev (“Başakşəhər”), Caloliddin Maşaripov (“İstiqlol”), Doston Hamdamov (“Paxtakor”), Oston Urunov (“Persepolis”), Ruslan Yiyanov (“Navbahor”), Aziz Amonov (“Dinamo”, Səmərqənd), Şerzod Temirov (“Ərbil”), İqor Sergeyev (“Persepolis”), Eldor Şomurodov (“Başakşəhər”).
Oyunçuların böyük əksəriyyəti Özbəkistan çempionatında, az hissəsi İran və BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) çıxış edir, bir neçə oyunçu isə Türkiyə, İngiltərə, İraq və Azərbaycan çempionatlarını təmsil edir.
Özbəkistan millisi dünya çempionatının qrup mərhələsində Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya yığmaları ilə qarşılaşacaq.
11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu
-
Elm və təhsil06:16Azərbaycanda qapısına qıfıl vurulan universitetlər - Niyə fəaliyyətləri dayandırılıb?
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum




















.jpg)




.jpg)
.jpg)








