İdman
RFEF Yamalla bağlı "Barselona"ya nə söz verib?
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Barselona" klubuna komandanın əsas ulduzlarından biri olan Lamin Yamal ilə bağlı zəmanət verib.
Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İspaniya millisi mart ayında keçirilən yoldaşlıq oyunlarında - Serbiya ilə matçda (3:0) və martın 31-də Misirə qarşı görüşdə 18 yaşlı sağ cinah oyunçusunu yükləməyəcək.
Toplanışın əvvəlində fərdi proqram üzrə çalışan Yamal Serbiya ilə oyunda 63 dəqiqə meydanda olub. Misirə qarşı qarşılaşmada da onun üçün əvvəlcədən müəyyən olunmuş oyun vaxtı nəzərdə tutulub.
Bu qərar təsadüfi deyil. Belə ki, yaxın günlərdə "Barselona"nı həm daxili turnirlərdə, həm də Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qarşı vacib oyunlar gözləyir (8 və 14 aprel).
Bundan əlavə, kataloniyalılar artıq Rafhinyanı itirib. Braziliya millisində zədələnən hücumçu təxminən beş həftə meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Barselona" növbəti oyununu aprelin 4-də La Liqa çərçivəsində səfərdə "Atletiko"ya qarşı keçirəcək. Komanda hazırda 29 turdan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir.
Cari 2025/26 mövsümündə Lamin Yamal bütün turnirlərdə 40 oyunda iştirak edib, 21 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































