İdman
İnfantinodan İran açıqlaması: B, C və ya D planları yoxdur
Canni İnfantino İran millisinin 2026-cı il futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, funksioner bu komandanın bütün oyunlarını Amerika Birləşmiş Ştatları ərazisində keçirməli olduğu üçün vəziyyətin həssas olduğunu anladığını bildirib. Bununla belə, o, təşkilatçıların iranlı futbolçuların turnirdə rahat iştirak etməsi üçün hər şeyi edəcəyinə zəmanət verib:
"Biz reallıqda yaşayırıq və İran komandasının vəziyyətinin nə qədər mürəkkəb olduğunu bilirik. Amma çalışırıq və edəcəyik ki, onlar dünya çempionatının oyunlarını ən yaxşı şəraitdə keçirsinlər. B, C və ya D planları yoxdur, yalnız A planı var.
Biz mürəkkəb geosiyasi kontekstdə yaşayırıq və bunu həll edə bilmərik, lakin insanları birləşdirə, sülh və bayram ab-havasında dünyanın birləşməsi üçün imkanlar yarada bilərik".
FIFA rəhbəri əlavə edib ki, İran yığması 2026-cı il dünya çempionatına erkən və idman prinsipi əsasında vəsiqə qazanıb və buna görə beynəlxalq futbol qurumu bu nailiyyətə hörmətlə yanaşmağa çalışır.
Xatırladaq ki, İran nümayəndələri daha əvvəl oyunlarının ABŞ ərazisindən Meksikaya keçirilməsini istədiklərini bildirmişdilər. Lakin FIFA bununla bağlı planlaşdırma aparmır və bu səbəbdən İran millisinin turnirdə iştirakı hələ də sual altındadır.
Heybət
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































