İdman
Ulduz futbolçu Fransa ilə oyundan sonra xəstəxanaya yerləşdirildi
Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Fransa yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (1:3) sonra xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Kolumbiya millisinin kapitanı Xames Rodriqesin sağlamlıq vəziyyəti ilə bağlı ictimaiyyəti və KİV-i məlumatlandırmaq istərdik. Minnesota ştatındakı tibbi mərkəzlə əlaqə saxlanıldıqdan sonra təsdiqlənib ki, yarımmüdafiəçi idmanla əlaqəsi olmayan xəstəlik səbəbindən həkim nəzarəti altındadır. Fransa ilə oyundan bir gün sonra futbolçuda güclü susuzlaşma müşahidə olunub və bu səbəbdən profilaktik klinik müşahidə və bərpa məqsədilə 72 saatlıq hospitalizasiya tələb olunub. Qeyd etmək vacibdir ki, bu vəziyyət dayaq-hərəkət sistemi zədələri ilə bağlı deyil və onun futbol fəaliyyəti ilə əlaqəsi yoxdur. Tibbi hesabat hadisələrin müsbət inkişaf etdiyini və davamlı yaxşılaşma müşahidə olunduğunu göstərir”, - deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, 34 yaşlı kolumbiyalı futbolçu fevral ayında "Minnesota Yunayted" klubuna keçib. O, MLS-də iki oyunda iştirak edib.
Heybət
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək


























.jpg)












