VIII Etnospor Forumu keçirildi: Türk dövlətlərindən dünyaya sülh mesajı - FOTOLAR
Bizi izləyin

İdman

VIII Etnospor Forumu keçirildi: Türk dövlətlərindən dünyaya sülh mesajı - FOTOLAR

VIII Etnospor Forumu keçirildi: Türk dövlətlərindən dünyaya sülh mesajı - FOTOLAR

Türkiyənin Antalya şəhərində VIII Etnospor Forumu keçirilib.

Publika.az xəbər verir ki, beynəlxalq idman ictimaiyyətini, dövlət nümayəndələrini və mədəni irs elçilərini bir araya gətirən forumun ilk günü Dünya Etnospor Birliyi (WEU) İdarə Heyətinin üzvü Mustafa Eröğütün “Çoxnövlü idman tədbirlərinin qlobal təsiri - “Ethnosports 2027” çərçivəsi” mövzusunda təqdimatı ilə başlayıb. Ardınca keçirilən açılış çıxışları və Yüksək Səviyyəli Nazirlər Panelində ənənəvi idman növlərinin təşkilatlanması və dünyada baş verən humanitar böhranlar fonunda güclü sülh mesajları əsas xətt kimi ön plana çıxıb.

Dünya Etnospor Birliyinin prezidenti Necmeddin Bilal Erdoğan çıxışında forumun illər ərzində ideya platformasından qlobal məsləhətləşmə və idarəetmə məkanına çevrildiyini vurğulayıb. O, artıq söz mərhələsindən əməli addımlar mərhələsinə keçməyin vaxtının çatdığını bildirib və ənənəvi idman növlərinin beynəlxalq standartlara yüksələcəyi “Ethnosports 2027” vizyonunu elan edib.
Bilal Ərdoğan regional və qlobal böhranlara da toxunaraq, idmanın və mədəni dəyərlərin birləşdirici gücünə diqqət çəkib və dünyaya belə müraciət edib.

“Uşaqların oyun əvəzinə müharibə, qorxu və aclıqla üzləşdiyi bir dünyanın qəbulolunmaz olduğunu, gələcəyə dair hədəflərin münaqişə deyil, dialoq fonunda qurulmalı olduğunu bildirdi. “Bu gündən etibarən ortaq dilimiz sülh olmalıdır”, – deyə o qeyd edib.

Türkiyənin Gənclik və İdman naziri Osman Aşkın Bak isə çıxışında Türkiyənin bölgədə və dünyada davamlı atəşkəs və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirdiyini bildirib. Nazir etnosporu idman, təhsil və gənclər siyasətinin kəsişdiyi strateji sahə kimi qiymətləndirib. O, asılılıq, təcrid və kimlik axtarışı kimi müasir risklərə qarşı ən güclü vasitə kimi gəncləri köklü dəyərlərlə birləşdirməli oluduğunu bildirib. Nazir həmçinin gənclər düşərgələri vasitəsilə bu irsin on minlərlə gəncə çatdırıldığını, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan oyunların sayının artırıldığını və WEU ilə birlikdə “Ənənəvi idman növləri və oyunlar ensiklopediyası” layihəsinin həyata keçirildiyini qeyd edib.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Omuraliev isə ənənəvi idman növlərinin təkcə fiziki fəaliyyət deyil, ortaq dil və mədəniyyətlərlə bağlı xalqların kimliyinin canlı ifadəsi olduğunu vurğulayıb.

Panelin yekununda Necmeddin Bilal Erdoğan bu vizyonun artıq praktik mərhələyə keçdiyini qeyd edərək, iştirakçı ölkələrlə əməkdaşlığın daha da genişləndiriləcəyini və növbəti etnospor tədbirlərinə hazırlıqların başlandığını açıqlayıb.

8-ci Etnospor Forumu “Ethnosports 2027” hədəfləri istiqamətində keçirilən çalıştaylar, məlumat mübadiləsi sessiyaları və ikitərəfli görüşlərlə Antalyada başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm