İdman
Qapıçı azarkeşi yumruqladı, cəzasız qaldı - VİDEO
İngiltərə Milli Liqası Cənub zonası çərçivəsində keçirilən "Enfild Taun" - "Çelmsford Siti" matçında qalmaqallı hadisə baş verib.
Publika.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Co Rayt rəqib komandanın azarkeşinə qarşı aqressiv davranışı ilə gündəmə gəlib.
Qapıdan zərbə vurmağa hazırlaşan Rayt qəfil tribunaya tərəf dönərək azarkeşlərə yaxınlaşıb və onlardan birinə yumruq atıb. Bundan sonra isə qapıçı heç nə olmamış kimi oyuna davam edib.
Bu epizod stadionda olan təxminən 2200 tamaşaçı arasında şok yaradıb və narazılıq səsləri yüksəlib. Hadisəyə görə oyun təxminən yeddi dəqiqə dayandırılıb.
Maraqlıdır ki, hakimlər insidenti görmədiyi üçün Rayt oyun zamanı qırmızı vərəqədən yayınıb. Lakin final fitindən sonra o, təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə stadiondan çıxarılıb.
Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub. Hər iki klub əvvəlcə məsələ ilə bağlı paylaşım etsə də, sonradan bu paylaşımlar silinib. Xüsusilə "Çelmsford Siti" nümayəndələri zərbəni təsdiqləyən video sübutların olduğunu bildiriblər.
Hazırda məsələ ilə İngiltərə Futbol Assosiasiyası məşğul olur və artıq araşdırma başlanıb.
Qalmaqala baxmayaraq, oyun "Çelmsford Siti"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Heybət
Yesterday the Enfield Town goalkeeper turned round and punched a fan in the face pic.twitter.com/SEPH7oGbNZ
— The 44 (@The_Forty_Four) April 4, 2026
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü









.jpg)


.jpg)


.jpg)


.jpg)



















