İdman
Premyer Liqada təlatüm: Bu qadağaya görə klublar milyonlar itirəcək
İngiltərə Premyer Liqası klubları növbəti mövsümdən qüvvəyə minəcək qumar reklamlarının formalarda qadağan olunması səbəbindən 80 milyon funtadək maliyyə itkisi ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, artıq indi bəzi komandaların titul sponsoru yoxdur, bəziləri isə mövsümə sponsorsuz forma ilə başlamaq riski daşıyır.
Əsas zərbə “böyük altılıq”dan kənarda qalan klublara dəyir. Əvvəllər bukmeker şirkətləri qlobal auditoriya uğrunda yüksək məbləğlər ödəyirdi, lakin qadağadan sonra klublar daha az vəsait təklif edən yeni tərəfdaşlar axtarmağa məcbur qalıb.
Bəzi komandalar artıq kompromisə gedərək mövcud sponsorların loqolarını daha aşağı məbləğ müqabilində formalarda saxlayır. Eyni zamanda top-klublar iri brendlərlə çoxmilyonlu müqavilələrini qoruyur ki, bu da liqada maliyyə fərqini daha da artırır.
Bununla yanaşı, bəzi klublar boşluqlardan istifadə edərək bukmeker reklamlarını formanın qol hissəsində yerləşdirir. Gözlənilir ki, bu şirkətlər fəaliyyətlərini aşağı liqalara yönəldəcək, çünki orada hələlik belə məhdudiyyətlər tətbiq olunmayıb.
Heybət
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ
-
İdman14:08“Barsa”nın futbolçusu ÇL-də qələbə qazandıqdan sonra çılpaq poza verdi – FOTO
-
Hadisə14:01Bakıda evə basqın: Ər və arvadı öldürüldü









.jpg)


.jpg)


.jpg)


.jpg)



















