İdman
Gəncənin yeni stadionundan EKSKLÜZİV görüntülər: Nə vaxt hazır olacaq? - FOTO/VİDEO
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə 2 ilik fasilədən sonra futbol oyunlarını qəbul etməyə hazırlaşır. Gəncə şəhər stadionunda 2024-cü ildə başlayan yenidən qurma işləri tam olaraq başa çatmaq üzrədir.
Ötən il idman qurğusu MDB Oyunları kimi nüzfuzlu yarışı qəbul edib. Həmin vaxt stadionda ot örtüyü salınmamışdı. Bu işlərə cari ildə başlanılıb. Artıq proses yekunlaşmaq üzrədir.
Publika.az-ın məlumatına görə, təqribən 7-10 gündür ot örtüyünün salınması prosesi başlanıb. Hətta işlərin aprelin 20-ə qədər tam yekunlaşması planlaşdırılır. Bu fotolarda məhz arenanın hazırkı vəziyyəti ilə bağlı ən yeni görüntülər əks olunub.

Müasir tələblərə cavab verən, 15343 tamaşaçı tutumuna malik arenada hibrid ot örtüyü salınır. Xalça sərildikdən sonra torpaq və toxumun səpilməsi başlanılıb. Qazon tam olaraq 30-60 gün müddətində hazır ola bilər. Bu məsələdə hava şəraiti və digər təbii proseslər mühüm rol oynayır.
Əvvəlcədən məlumat verdiyimiz kimi, hər hansı problem olmazsa, Azərbaycan Premyer Liqasının 33-cü turunun "Kəpəz" - "Neftçi" matçı ilə Gəncə şəhər stadionu futbol azarleşlərinə qucaq aça bilər.

Sonrakı mərhələlərdə həmin bölgədən olan "Turan Tovuz" klubunun avrokuboklardakı ev oyunlarını bu arenada keçirməsi planlaşdırılır. Eyni zamanda milli komanda Millətlər Liqasındakı görüşlərindən birini ölkənin ikinci böyük şəhərində keçirə bilər.
Belə məqamda sual yarana bilər. hibrid ot örtüyü nə deməkdir? Müasir dövrdə klublar bu varianta üstünlük verirlər. Xüsusilə əlverişsiz hava şəraiti olan ölkələrin klubları stadionlarının qazonunu hibrid üsulla hazırlayır. Öncə xalça (süni örtük) salınsa da, əsas hissə təbii ot olur. Stadionlarda adi ot tez sıradan çıxa bilər. Hibrid örtük isə daha dözümlüdür və sintetik örtükdən qat-qat təhlükəsiz, kefiyətlidir. İsti, soyuq və yağışlı havalarda hibrid örtüyə nəzarət etmək və onun bərpası daha rahat olur.
Heybət

.jpg)
.jpg)
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO






















.jpg)











