İdman
Mbappenin şərəfinə məhdud sayda saat satışa çıxarıldı - Foto
İsveçrənin “Hublot” brendi “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə birlikdə limitli saat kolleksiyası təqdim edib.
Publika.az xəbər verir ki, satışa cəmi 200 ədəd çıxarılacaq. Hər bir saatın qiyməti 29,4 min avro təşkil edir.
Şirkətin məlumatına görə, saatın korpusu cilalanmış 18 karatlıq King Gold qızılından və mikroqum emalı ilə hazırlanmış ağ keramikadan hazırlanıb. Qeyd olunur ki, kolleksiya Mbappenin peşəkar səviyyədə vurduğu ilk qolun 10 illiyinə həsr olunub.
Cari mövsümdə hücumçu klub səviyyəsində bütün turnirlərdə 39 oyuna çıxıb, 40 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avro təşkil edir.
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu



































