İdman
Əfsanəvi idmançı öldü - Foto
Əfsanəvi braziliyalı basketbolçu Oskar Şmidt cümə günü, 17 apreldə 68 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “TMC Esporte” məlumat yayıb.
2011-ci ildə ona beyin xərçəngi diaqnozu qoyulmuşdu. Keçmiş idmançı son vaxtlar ciddi sağlamlıq problemləri ilə üzləşmişdi və daim tibbi müşahidə altında idi.
Şmidt tarixin ən böyük snayperlərindən biri idi. O, peşəkar karyerasında 49.000-dən çox xal toplayaraq, yalnız Lebron Ceymsdən sonra ikinci yeri tutur.
Braziliyalı hələ də Olimpiadada ən çox xal toplama rekorduna (1093) sahibdir.
O, həmçinin daha bir Olimpiya rekordu qırıb: 1988-ci ildə Oskar İspaniya millisinə qarşı oyunda 55 xal toplayıb.
1984-cü ildə braziliyalı NBA draftına seçildi, lakin bu fürsətdən imtina etdi. O, bunu milli komandada oynamaq üçün edib, çünki NBA oyunçuları o zaman milli komandalarını təmsil edə bilmirdilər.
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu


































