İdman
“Milan” Modriçi bu şərtlərlə saxlaya biləcək
Mərkəz yarımmüdafiəçisi Luka Modriçin “Milan”la hazırkı müqaviləsi iyun ayında bitir.
Publika.az xəbər verir ki, “Sky Sport Italia”nın jurnalisti Peppe Di Stefano xorvatiyalı futbolçunun İtaliya klubu ilə əməkdaşlığını davam etdirməyə razılıq verəcəyi iki şərti açıqlayıb.
Mənbənin məlumatına görə, 40 yaşlı Modriçin “Milan”da qalması üçün komandanın Çempionlar Liqasına vəsiqə qazanması vacibdir.
Bundan əlavə, yarımmüdafiəçi Massimiliano Alleqrinin rəhbərliyi altında oynamaq istəyir; əgər məşqçi klubdan gedərsə, rəhbərlik Modriçin müqaviləsini yeniləməkdə çətinlik çəkəcək. “Real Madrid”in keçmiş oyunçusu 2025-ci ilin yayında pulsuz transferlə “Milan”a keçib. O, bu mövsüm 34 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu


































