İdman
“Bunların hamısı boş söhbətdir!" - Palmer
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə keçmək istəməsi barədə yayılan şayiələrə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, “The Guardian”a açıqlamasında iddiaları təkzib edib:
“Bunların hamısı boş söhbətdir. Belə xəbərləri görəndə sadəcə gülürəm. Aydındır ki, Mançester mənim evimdir, ailəm də oradadır, amma darıxmıram. Ola bilər ki, üç ay və ya daha uzun müddət getməsəm, darıxım. Amma qayıdanda anlayıram ki, mənim üçün orada xüsusi bir şey yoxdur.
“Çelsi”dən ayrılmaq planım yoxdur. Qarşıda bizi çox vacib hədəflər gözləyir. İngiltərə Kubokunun yarımfinalında “Lids”lə oyunumuz var və mövsümü Çempionlar Liqası zonasında başa vursaq, bu, bizə lazım olan futbolçuları transfer etməyə kömək edəcək. Biz klub sahibləri ilə danışmışıq, onlar nəticə verəcək oyunçulara inanırlar. Ris Ceyms rəhbərliklə danışmadan 6 illik müqavilə imzalamazdı.
Biz Ris ilə tez-tez müzakirə edirik ki, komandaya nə lazımdır, hansı futbolçular transfer olunmalıdır və sistem necə işləməlidir. O, baş verənləri anlamadan müqaviləsini uzatmazdı”.
Cari mövsümdə Koul Palmer “Çelsi”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxaraq 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
-
ABŞ17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu


































