İdman
Baş verənlərə təsir edə bilmərik! - UEFA rəsmisi nəyi nəzərdə tutur?
UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Jozef Kliment Rusiya klublarının və milli komandasının beynəlxalq yarışlara qayıtması ehtimalına münasibət bildirib.
Publika.az xəbər verir ki, Kliment bu barədə “ua.tribuna.com” saytına verdiyi müsahibədə bildirib.
“Hamımız mahiyyət etibarilə futbol ailəsinin bir hissəsiyik. İstərdik ki, bütün ölkələr, uşaqlar və futbol oynamaq istəyən hər kəs bir-biri ilə görüşmək və oynamaq imkanına malik olsun. Amma biz mövcud vəziyyəti də başa düşürük.
Buna görə də, ümid edirik ki, müharibə ən qısa müddətdə başa çatacaq və bundan sonra həmin ölkədə futbolu daha da inkişaf etdirmək mümkün olacaq. Lakin baş verənlərə təsir edə bilmərik. Gözləyib hadisələrin necə inkişaf edəcəyini görməliyik. Vəziyyət imkan verdikdə, əlbəttə ki, Ukraynada futbolu inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik və lazımi təşəbbüsləri dəstəkləyəcəyik”.
Xatırladaq ki, Rusiya klubları və milli komandası 2022-ci ildən etibarən beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilib.
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır

















.png)
















