İdman
Qurban Qurbanov: "Sabah" layiqli qələbə qazandı
Rəqibi qələbə münasibətilə təbrik edirəm. Meydanda gözəl atmosfer var idi.
Publika.az xəbər verir, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Daha yaxşı oynaya bilərdik. "Sabah" layiqli qələbə qazandı. Müəyyən çatışmazlıqlar var. Çempionlar Liqasından sonra yerli liqaya tam köklənə bilmədik. Düşünürəm ki, komanda olaraq bir yerdə məşq etməyimizə daha çox zaman lazım idi. Ardıcıl oyunlar keçirmək bizə təsir etdi. "Sabah" isə texniki və fiziki olaraq bu mövsüm daha hazırlıqlıdır", - deyə baş məşqçi qeyd edib.
Baş məşqçi Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib: "Biz də futbolçu dönəmimizdə səhvlər etmişik. Əsas odur ki, bundan dərs çıxarmağı bacaraq. Elvin də Çempionlar Liqasında turun oyunçusu seçildi. Son vaxtlar hər kəs ondan danışırdı. Məğlub olsaq da, sonadək döyüşməliyik.
Əgər şəxsi olaraq uğur qazandınsa, arxayınlaşmaq olmaz. Bura "Qarabağ" klubudur və hər dəfə səhvlərə göz yummaq olmaz. Futbolçularımın həyat tərzini daha çox incələməliyəm".
-
MDB16:36Rusiyada helikopter yoxa çıxdı
-
MDB15:50Rusiyada dəhşət: Pəncərədə dayanıb yoldan keçənləri güllələdi
-
Ekologiya15:43“Azneft”: Dübəndidəki neft sızmasının mənbəyi müəyyən edilib və qarşısı alınıb
-
Sağlamlıq14:41Sinəsini böyütdü, ölümdən son anda döndü
-
MDB14:32Rusiyanın bu isti bölgəsi yaya həsrət qalıb - Sinoptiklər "iyulu gözləyin" deyirlər
-
İdman11:50DÇ-də qalmaqal: Müsəlmanların üstünə spirtli içki tökdülər - VİDEO
-
Avropa11:23Zelenski polşalılara qarşı mənfi münasibət bəsləyir? - Sorğu
-
Ekologiya11:04Qazaxa dolu düşdü - FAKTİKİ HAVA

































