Dünya
"Kabus it" yenidən alimlərin diqqətində: Düşünüləndən daha geniş yayılıb - FOTOLAR
Amazon meşələrinin ən sirli heyvanlarından biri hesab olunan və "kabus it" kimi tanınan qısaqulaqlı itlərin düşünüldüyündən daha geniş yayıldığı və daha aktiv olduğu müəyyən edilib.
Publika.az "Metro" nəşrinə istinadən xəbər verir ki, Boliviya və Peruda 25 il davam edən tədqiqatlar sayəsində bu nadir növlə bağlı mühüm məlumatlar əldə olunub.
Araşdırmanın müəllifi Robert Volles bildirib ki, növün 2001-ci ildə ilk dəfə fototələ vasitəsilə görüntülənməsi tədqiqatlarda dönüş nöqtəsi olub. Sonrakı 20 il ərzində alimlər Boliviyada növün yayılması ilə bağlı 500 qeyd toplayıb, 34 genişmiqyaslı fototələ araşdırması aparıblar.
Nəticədə 594 foto qeydə alınıb. Bu, qısaqulaqlı itlə bağlı indiyədək təbii yaşayış mühitində toplanmış ən böyük təsdiqlənmiş müşahidə arxividir.
Fototələ görüntüləri göstərib ki, qısaqulaqlı itlər tünd rəngli xəzə, iri başa, kiçik və yumru qulaqlara, qısa ayaqlara, eləcə də uzun və gur quyruğa malikdir.
Qeyd edək ki, araşdırma "Neotropical Biology and Conservation" jurnalında dərc olunub.
Müəllif: Roza
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
























.webp)
.jpg)









