İdman
“Neftçi”nin baş məşqçisi: "Bu oyun suyumu çıxardı"
Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçı keçirilib. Matç "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Yuri Vernidub oyun haqda fikirlərini bölüşüb:
"Neftçi" azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda bundan əvvəlki uduzduğumuz oyuna görə də onlardan üzr istəyirəm. "Neftçi" elə komandadır ki, eyni səviyyədə oynamalı, pressinq etməli idi. Necə oynadığını gördüz və 1:5 uduzmuşduq. Bu oyundan nəticələr çıxardıq. Ona görə də bu gün pis oyun olmadı. Sizdən xahişim var ki, bu gün elə hisslər keçirirəm ki, olarsa, suallar verməyəsiz. Fərqli hisslər keçirirəm. Qarşıda 4 oyun var, nə qədər istəsəz, cavab verəcəm. Oyundan uzaqlaşmaq istəyirəm. Ümidvaram ki, anlayışla qarşılayarsız. Bu, heç də hörmətsizlik deyil, hamısına böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, gözəl suallar verirsiz, mən də səmimi cavablayıram. Bu oyun məni o qədər emosional yordu, suyumu çıxardı, ona görə də bu dəfə olmasa yaxşı olar. Hamınıza böyük hörmətlə yanaşıram inanın".
Heybət Məmmədov
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































