İdman
FİFA prezidenti fələstinlilərlə israillilərin əl sıxmasını istədi, amma...
FİFA prezidenti Canni İnfantinonun təşkilatın Vankuverdə keçirilən 76-cı konqresində Fələstin və İsrail nümayəndələrinin əl sıxmasını təşkil etmək cəhdi uğursuz olub.
Publika.az xəbər verir ki, isveçrəli funksioner Fələstin Futbol Assosiasiyasının rəhbəri Cibril Racubu və İsrail Futbol Assosiasiyasının vitse-prezidenti Basim Şeyx Süleymanı birgə foto çəkdirməyə dəvət edib. Lakin Fələstin tərəfinin nümayəndəsi bundan imtina edib.
Bundan sonra İnfantino tribunaya çıxaraq çıxış edib və bildirib ki, Fələstin və İsrail FİFA üzvü kimi eyni hüquq və öhdəliklərə malikdirlər, həmçinin tərəfləri birlikdə işləməyə çağırıb.
Daha sonra o, yenidən nümayəndələrin yanına enərək onların əl sıxmasını təklif edib, lakin Fələstin nümayəndəsi bir daha bu addımdan imtina edib.
Müəllif: Heybət
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































