İdman
Yamal DÇ-2026-nın neçə oyununu buraxa bilər?
"Barselona"nın vingeri Lamin Yamal zədə səbəbilə 6-7 həftəlik sıradan çıxıb.
Publika.az xəbər verir ki, o, bu mövsüm Kataloniya klubu üçün artıq meydana çıxa bilməyəcək. Bu barədə jurnalist Xavi Migel sosial şəbəkədə məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 18 yaşlı ispaniyalı futbolçu 2026-cı il dünya çempionatına hazırlaşacaq. O, böyük ehtimalla qrup mərhələsində Kabo-Verdeyə qarşı ilk oyunu (15 iyun) buraxa bilər, lakin Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) ilə görüşlərdə iştirak etməsi gözlənilir.
Yamal zədəni La Liqanın 33-cü turunda "Selta"ya qarşı keçirilən oyunda (1:0) alıb. Birinci hissənin sonlarında penaltini yerinə yetirdikdən sonra o, bud nahiyəsini tutaraq yerə uzanıb. Tibbi yardım göstərildikdən sonra futbolçu meydanı tərk edib. Ona sol budun arxa əzələsində zədə aşkarlanıb.
Cari mövsümdə Yamal bütün turnirlərdə 46 oyunda iştirak edib, 25 qol vurub və 18 məhsuldar ötürmə edib.
Müəllif: Heybət
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































