İdman
İnfantino rəsmən açıqladı: Yenə prezident olacaq?
FİFA prezidenti Canni İnfantino hazırkı səlahiyyət müddəti 2027-ci ildə başa çatdıqdan sonra yenidən təşkilata rəhbərlik etmək üçün namizəd olacağını açıqlayıb.
Publika.az xəbər verir ki, o, bunu Vankuverdə keçirilən FİFA-nın illik konqresində bildirib. “Gələn il keçiriləcək FİFA prezident seçkilərində namizəd olacağımı təsdiqləmək istəyirəm”, – deyə İnfantino çıxışında qeyd edib.
Hazırda o, bir neçə qitə konfederasiyasının - xüsusilə Afrika, Asiya və Cənubi Amerika futbol qurumlarının dəstəyini qazanıb. Bu təşkilatlar artıq onun yenidən seçilməsini açıq şəkildə dəstəklədiklərini bəyan ediblər.
İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. O, 2019 və 2023-cü illərdə rəqibsiz şəkildə iki dəfə yenidən prezident seçilib.
Müəllif: Heybət
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































