İdman
Formula 1 komandalarının sponsor gəlirləri açıqlandı: Fantastik məbləğlər
2025-ci ilin yekunlarına görə, Formula 1 komandaları sponsorluq müqavilələrindən ümumilikdə 2,54 milyard dollar gəlir əldə edib.
Publika.az xəbər verir ki, bu göstərici əvvəlki mövsümlə müqayisədə 22,1% artım deməkdir. "SponsorUnited"in məlumatına görə, bu artımla çempionat gəlirlər baxımından Milli Futbol Liqasına (NFL) çox yaxınlaşıb. NFL-in ümumi gəliri 2,66 milyard dollar təşkil edir.
Komandalar arasında sponsor gəlirlərinə görə lider “Mersedes” olub. Almaniya təmsilçisinin sponsor gəlirləri 558 milyon dollar həcmində qiymətləndirilir. Onun ardınca “Ferrari”, “Red Bull” və “McLaren” kimi komandalar kommersiya baxımından ən güclü iştirakçılar sırasında yer alır.
Formula 1 üçün ən böyük gəlir mənbələrindən biri texnologiya sektoru olub. Bu sahədən 769 milyon dollar əldə edilib. Bu göstərici ötən illə müqayisədə 40,8% artım deməkdir. “Oracle”, “CrowdStrike”, “TeamViewer” və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər bu artımda əsas rol oynayıb.
Eyni zamanda pilotların kommersiya gücündə də ciddi artım qeydə alınıb. “Ferrari”nin pilotu Şarl Lekler sosial şəbəkələrdə 6,3 milyon yeni izləyici qazanıb, Luis Hemilton (“Ferrari”) 5 milyon artım göstərib, “McLaren” pilotu Oskar Piastri isə ən yüksək auditoriya artım tempinə sahib olub.
Analitiklərin fikrincə, pilotlar getdikcə komandalardan asılı olmayan, özləri ayrıca media platforması kimi çıxış edən və brendləri cəlb edə bilən fiqurlara çevrilirlər.
Heybət
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ


































