İdman
Kimi Antonelli Mayami Qran-Prisinin qalibi oldu
“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi — Mayami Qran-Prisinin qalibi olub.
Publika.az xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.
Antonelli ardıcıl üçüncü yarışında qələbə qazanıb. O, 100 xal toplayaraq ümumi çempionatın sıralamasında liderdir. İkinci yerdə mövsümün açılış mərhələsinin qalibi olan britaniyalı “Mercedes” pilotu Corc Rassel, üçüncü yerdə isə “Ferrari”nin monakolu pilotu Şarl Lekler qərarlaşıb.
Konstruktorlar çempionatında “Mercedes” 180 xalla liderdir. “Ferrari” (112 xal) və “McLaren” (94 xal) ilk üçlüyü tamamlayır.
Dünya çempionatının beşinci mərhələsi 22–24 may tarixlərində Kanadada keçiriləcək.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















