İdman
"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu
Milanın “İnter” komandası A Seriyasının 35-ci turunun matçında “Parmanı” məğlub edərək İtaliya çempionu olub.
Publika.az xəbər verir ki, görüş Milanda, Cuzeppe Meatsa stadionunda baş tutub və 2:0 hesabı ilə başa çatıb. Bu qələbə sayəsində İnter turnirin bitməsinə üç tur qalmış vaxtından əvvəl İtaliya çempionatında qələbəsini təmin edib.
Birinci hissəyə əlavə olunmuş birinci dəqiqədə meydan sahiblərinin hücumçusu Markus Türam hesabı açıb. 80-ci dəqiqədə isə yarımmüdafiəçi Henriх Mхitaryan ikinci qolu vurub.
“İnter” 35 oyundan sonra 82 xal toplayaraq turnir cədvəlində birinci pillədə qərarlaşıb və ikinci yerdəki “Napolini” 12 xal qabaqlayır. “Parma” isə 42 xalla 12-ci sıradadır.
Milan komandasına 2025-ci ilin iyununda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna gedən Simone İnzaginin yerinə gələn Kristian Kivu rəhbərlik edir. İnter öz tarixində 21-ci dəfə çempionluq titulunu qazanıb. Bundan daha çox qələbə yalnız 36 çempionluğu olan “Yuventus”a məxsusdur. Ötən mövsüm İtaliya çempionu “Napoli” olmuşdu. “İnter” bir ildən sonra titulu özünə qaytarıb.
Hüseyn İbadlı
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər












.jpg)



.jpg)



















