İdman
Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
“Real Madrid” bu mövsümü titulsuz başa vurur və Arbeloanın komandasının arxasındakı rəqəmlər qorxuncdur.
Dünya futbolunun ən bahalı heyətinə malik “kral klubu” mövsümü titulsuz bitirir.
“Transfermarkt”a görə, “Real”ın heyət dəyəri heyrətamiz dərəcədə 1,34 milyard avroya çatıb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
Əsas sıçrayış 2024-cü ilin yayında Kilian Mbappenin gəlişindən və keçən ilki aqressiv transfer kampaniyasından sonra baş verib. Kağız üzərində bu, xəyal komandasıdır: heyətin dərinliyi istənilən mövqeyi dünya səviyyəli oyunçularla doldurmağa imkan verir.
Lakin əslində Peresin ambisiyaları ciddi şəkildə sarsılır. “Real Madrid” ötən mövsüm UEFA Super Kuboku və Qitələrarası Kubokda qələbələrlə bahalı müqavilələri şirinləşdirsə də, indi onların kubok kabineti toz yığmaq təhlükəsi ilə üz-üzədir.
Ədalət namibə deyək ki, Madrid klubu bu vəziyyətdə tək deyil. Tarixdə həddindən artıq yüksək qiymətlərin uğura zəmanət vermədiyi nümunələr çoxdur. İngilis klubları buna xüsusilə meyllidirlər:
“Çelsi” (2025/26 mövsümü) – heyətin dəyəri 1,16 milyard avro, kubok yoxdur.
“Liverpul” (2025/26 mövsümü) – 1,02 milyard avro, boşa xərclənən mövsüm.
“Çelsi” (2022/23 mövsümü) – 1,017 milyard avro, titul yoxdur.
“Liverpul” (2020/21 mövsümü) – 1,009 milyard avro, boş vitrin.
-
Region23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə













.jpg)




















