İdman
İbrahimoviçin saçını niyə qırxırlar? - Video
ABŞ-da 2026-cı il dünya çempionatı üçün hazırlanmış parlaq promo-çarx təqdim olunub.
Publika.az xəbər verir ki, bu video artıq sosial şəbəkələrdə geniş müzakirə olunur. “FOX Sports”un hazırladığı rolik turnirin alternativ ssenarisini göstərir. Burada Kristian Pulişiç finalın qəhrəmanına çevrilir və Braziliya üzərində qələbə qazandırır.
Süjetə görə, həlledici oyunda hesab 2:2 olarkən Pulişiç son dəqiqələrdə qələbə qolunu vurur və ABŞ millisi tarixi triumfu qeyd edir. Videoda ölkə boyu geniş bayram ab-havası və futbolçuların milli qəhrəman statusu alması nümayiş olunur.
Lakin ən çox diqqət çəkən məqamlardan biri başqa epizod olub. Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin başı qırxılır. Bunu isə guya uduzulmuş mərcdən sonra Amerika futbolunun ulduzu Tom Bredi edir. Səhnə yumoristik tərzdə təqdim olunub və qısa müddətdə viral yayılıb.
Videoda digər məşhur simalar da yer alır. Ümumilikdə çarxın ideyası sensasiyaya inam və ABŞ millisinin evdə keçiriləcək mundialda mümkün zəfəri üzərində qurulub. 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Xatırladaq ki, mundial 11 iyundan 19 iyula qədər davam edəcək.
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər













.jpg)



.jpg)


















