İdman
Ən gözəl günlər hələ qarşıdadır - Kvaratsxeliyanın həyat yoldaşı
PSJ-nin vingeri Xviça Kvaratsxeliyanın həyat yoldaşı Nitsa Tavadze onun Çempionlar Liqasındakı qələbəsinə emosional münasibət bildirib.
Publika.az xəbər verir ki, Nitsa Tavadze sosial şəbəkədə Xviça, oğulları Damian və Çempionlar Liqasının kuboku ilə çəkilmiş fotonu paylaşaraq bunları yazıb:
“Kaş insanlar belə anlara çatmaq üçün nə qədər güc lazım olduğunu anlayaydılar.Təzyiq, fədakarlıq, intizam, gözləntilər – amma sən buna baxmayaraq hər gün irəliləməyə davam etdin. İndi sən ardıcıl ikinci dəfə çempionsan.
Bir vaxtlar dua etdiyim insana çevrildiyini izləmək ən gözəl hissdir. Səninlə fəxr edirəm, həmişə sevəcəyəm, mənim əbədi çempionum. Ən gözəl günlər hələ qarşıdadır…”
Xatırladaq ki, şənbə günü Paris təmsilçisi “Arsenal”ı finalda penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Gürcüstanlı futbolçu ikinci hissədə penalti qazanıb və həmin epizodda Usman Dembele komandasının bərabərlik qolunu vurub.
Bu qələbə PSJ üçün Çempionlar Liqasında ardıcıl ikinci titul olub. Paris klubu ötən il finalda İnteri 5:0 hesabı ilə məğlub edib.
-
Region22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin220:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir
-
İdman18:24"Turan Tovuz" "Kəpəz"i məğlub etdi
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO


















.jpg)








.jpg)








