İdman
Çüdoçularımızdan Avropa Kubokunun son günündə dörd medal
Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Azərbaycan millisi yarışın son günündə daha 4 medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından Publika.az-a verilən məlumata görə, -90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Cüdoçumuz finala gedən yolda Rumıniya, Qazaxıstan, Gürcüstan, Macarıstan və Almaniya təmsilçilərini məğlub edib.
Süleyman həlledici görüşdə Braziliya idmançısı Joao Pedro Kanelyonu yuko xalı ilə üstələyərək çempion olub. Roman Qarayev (-81 kq), Aslan Kotsoyev (-90 kq) və Ramazan Əhmədov (+100 kq) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, yarışın ilk günündə Məhəmməd Musayev (-66 kq) qızıl medal qazanmışdı. Beləliklə, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi medal sıralamasında isə üçüncü yeri tutub.
-
Hadisə21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik















.webp)









.jpg)

.jpg)








